Xətai bələdiyyəsində “31 Mart Soyqırım” günü ilə bağlı tədbir keçirilib.
Tədbir soyqırımda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirdə giriş sözüylə sədr əvəzi əliyar əliyev çıxış edərək Mart soyqırımı və ya Mart hadisələri barədə fikirlərini bildirmişdir.
ə.əliyevin sözlərinə görə, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın Azərbaycanın Ümumilli lideri Heydər əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Bələdiyyə üzvü Rövşən Məmmədov 31 Mart Soyqırımın ermənilər tərəfdən azərbaycan türklərinə qarşı törətdikləri ən dəhşətli faciənin tarixi barədə məlumat verib.
Daha sonra bələdiyyə üzvü və professorlar ədalət Fərəcov, Maqsud Nəcəfov ermənilərin xalqımızın başına gətirdikləri bu faciəni unutmamağı, bu barədə daha çox bədii və sənədli filmlər çəkilməli, kitablar yazılmalı olduğunu vurğulayıblar.
Bələdiyuə üzvü Məhərrəm Həsənov soyqırım baş verən Bakı, Quba və şamaxı şəhərlərində soyqırımla bağlı muzeylər yaradıması və ora turistlərin cəlb olunmasını qeyd edib.
Bələdiyyə üzvü Səbinə Abdullayeva belə bir tədbirin bələdiyyədə təşkili üçün minnətdarlığını bildirərək bu cür görüşlərin və layihələrin gələcəkdə məktəblilər arasında keçirlməli olduğunu qeyd edib.
Belediyye.info
|
|
|
|